Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
19 aprel 2024 737
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə yer alıb.
Azərbaycan Stolüstü Tennis Fedreasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb. İlk mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançımız qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı