Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
02 dekabr 2024 1024
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
Dekabrın 7-də təşkil ediləcək Oyunlarda 130-dan çox uşaq 6 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək yeni nəslin formalaşdırılmasıdır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı