Xəbərlər

Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək

16 sentyabr 2026 - 12:09 18

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.

 

19 sentyabr tarixində Bakıda, Veloparkın qarşısında, Şıx çimərliyi ərazisində təşkil olunacaq yarışda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.

 

Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçiriləcək. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdiriləcək. 

 

Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.