Şüvəlanda pauerliftinq və benç-press idman növləri üzrə ölkə kuboku keçirilib
09 sentyabr 2025 - 16:31 837
Sentyabrın 6-7-də Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press idman növləri üzrə ölkə kuboku keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yarışda ölkəmizin müxtəlif şəhər və regionlarından 80-dən çox idmançı iştirak edib. İki gün davam edən yarış Beynəlxalq Pauerliftinq Federasiyasının (IPF) qaydalarına uyğun şəkildə təşkil olunub. Yarış zamanı iştirakçılar çəki dərəcələrinə uyğun olaraq və həmçinin mütləq çəki dərəcəsində mübarizə aparıblar.
Pauerliftinq, mütləq çəki dərəcəsi üzrə qaliblər
1-ci yer – Kamran Bədəlov (Bakı)
2-ci yer – Osman Allahverdiyev (Cəbrayıl)
3-cü yer – Ramin Süleymanzadə (Bakı)
Pauerliftinq, gənclər arasında mütləq çəki dərəcəsi üzrə qaliblər
1-ci yer – Rəşid Rzayev (Bakı)
2-ci yer – İsmayıl Məmmədov (Bakı)
3-cü yer – Hüseyn Həsənov (Bakı)
Benç-press, mütləq çəki dərəcəsi üzrə qaliblər
1-ci yer – Tural Orucov (Bakı)
2-ci yer – Abbas Muradov (Gəncə)
3-cü yer – Azər Əliyev (Bakı)
Benç-press, gənclər arasında mütləq çəki dərəcəsi üzrə qaliblər
1-ci yer – İlkin Vəliyev (Bakı)
2-ci yer – Cabbar Hacıyev (Ağcabədi)
3-cü yer – Mehdi Muradlı (Bakı)
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı