Taekvondoçularımız Prezident Kubokuna Türkiyədə hazırlaşacaq
04 may 2025 695
Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında milli komandamızın üzvləri Türkiyəyə yola düşüblər.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən, təmsilçilərimiz 4-16 may tarixlərində Türkiyənin Çanaqqala şəhərində Türkiyə yığma komandası ilə birliktə təlim-məşq toplanışında iştirak edəcək.
Təlim-məşqin ardından taekvondoçularımız mayın 16-da Prezident Kubokunda iştirak etmək üçün Bolqarıstanın Sofiya şəhərinə yola düşəcək.
Yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı