Taekvondoçumuz festivalı bürünc medalla başa vurdu
25 iyul 2025 - 21:47 588
Azərbaycan taekvondoçusu Yunis Hüseynov XVIII Avropa Gənclər Olimpiya Festivalında yarımfinal görüşünə çıxıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançımız bu mərhələdə türkiyəli Buqra Coşqungönülə məğlub olub.
Bununla da təmsilçimiz festivalın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu Azərbaycan komandasının Skopye-2025-də qazandığı 10-cu (3 qızıl, 3 gümüş, 4 bürünc) medalı olub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı