Xəbərlər

Taekvondoçumuz Qaşım Maqomedov III Avropa Oyunlarının bürünc medalına sahib olub

24 iyun 2023 236

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Polşada təşkil olunan III Avropa Oyunlarında üçüncü olub.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Q.Maqomedov ilk görüşündə Aymen Açninenini (Niderland) məğlub edib - 17:4, 13:0. Təmsilçimiz dörddəbir finalda ispaniyalı Adrian Visenteyə 11:14, 6:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazandığından Q.Maqomedov təsəlliverici görüşə qatılıb və israilli Dmirti Naqayevdən üstün olub - 12:5, 19:6.

Qaşım Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qarşılaşıb. Görüşü öz xeyrinə başa vuran taekvondoçumuz (13:5, 22:4) III Avropa Oyunlarının bürünc medalına sahib olub.