Tailand "Formula 1" yarışına ev sahibliyi etməyi planlaşdırır
19 mart 2025 657
Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.
Tailand mətbuatına istinadən, hökumət rəsmisi bildirib ki, görüş Tailandın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirib.
Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün "Formula 1" rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.
“Hər iki tərəf uyğun şəhərin seçilməsi, investisiya və layihənin ümumi məqsədəuyğunluğu da daxil olmaqla, “Formula 1” tədbirinin keçirilməsi imkanlarını araşdırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəlib”, - nümayəndə əlavə edib.
Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı