Tamblinq üzrə Azərbaycan millisinin üzvü Dünya Kuboku seriyasının qalibi olub
06 oktyabr 2025 - 10:30 629
Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Dünya Kuboku seriyasının qalibi olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya Kubokunda idmançımız 29.200 xalla qızıl medal qazanıb.
Adil Hacızadə isə 26.800 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələrə görə, eləcə də sonuncu yarışı birinciliklə başa vurduğu üçün Dünya Kuboku seriyasının qalibi olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı