Tennis ulduzu Qış Olimpiadasının səfiri olacaq
26 sentyabr 2024 1109
Tennis üzrə dünyanın bir nömrəsi Yannik Sinner 2026-cı ildə İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarının səfiri olacaq.
“Mən 2026-cı il Olimpiya komandasının bir hissəsi olmaqdan qürur duyuram. Hər şeydən əvvəl bu, bizə qeyri-adi layihənin - Milanda və Kortina d Ampezzoda keçiriləcək Olimpiya və Paralimpiya Qış Oyunlarının bir hissəsi olmağa imkan verəcək”, - deyə Sinner yerli mətbuata bildirib.
Məlumat üçün bildirək ki, italiyalı tennisçi Paris Yay Olimpiya Oyunlarında boğazında yaranmış tonzillit (infeksion xəstəlik) səbəbindən iştirak etməyib.
23 yaşlı tennisçi bu il Böyük Dəbilqənin çətin turnirləri sayılan - Avstraliya və ABŞ Açıq yarışlarının qalibi olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı