Xəbərlər

Teymur Rəcəbov Hindistana yollanır

29 avqust 2023 249

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov sentyabrın 5-9-da Hindistanda keçiriləcək "Tata Steel India" turnirində iştirak edəcək.
Turnirdə Teymur Rəcəbovla yanaşı Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha o cümlədən Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaq. 
Reqlamentə əsasən şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.