Xəbərlər

Tokiodan 3 gümüş və 4 bürünc medalla qayıdırıq

08 avqust 2021 1661

Tokio-2020 Yay Olimpiya Oyunlarında yarış proqramına yekun vurulub. Sonuncu gündə 8 növ üzrə mübarizə gedib. Daha 13 dəst medal atletika, basketbol, boks, velosiped idmanı, həndbol, bədii gimnastika voleybol və su polosunda sahiblərini tapıb. Beləliklə, 339 dəst medala 93 ölkənin idmançıları yiyələnib.

 

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.

 

Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. Medal əyarında 3-cü yeri 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya, medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.