Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
14 aprel 2026 - 06:47 211
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında tarix yazan Azərbaycan gimnastları Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 gümüş qazanan komandanı media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.
Turnirdə tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili minibatut üzrə gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.
Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıblar.
Bənzər xəbərlər
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. ... Ətraflı
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında ... Ətraflı