Tomas Bax: «İnanıram ki, yeni prezident işinin öhdəsindən layiqincə gələcək»
08 oktyabr 2024 1079
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax 2025-ci ildə vəzifəsini tərk etmək qərarını şərh edib.
BOK rəhbəri tutduğu vəzifədən təşkilatın maraqlarına uyğun olaraq getmək niyyətində olduğunu açıqlayıb. Avqustun 10-da istefasını açıqlayan 70 yaşlı funksioner səlahiyyətlərini Olimpiya Xartiyasında nəzərdə tutulan müddətdən artıq uzatmamaq qərarına gəlib.
“Əminəm ki, Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidentinin seçilməsi Olimpiya hərəkatımızın maraqlarına cavab verir. Məndən sonra bu vəzifəyə seçiləcək yeni rəhbərə uğurlar arzulayıram. İnanıram ki, yeni prezident işinin öhdəsindən layiqincə gələcək, - TASS agentilyi Tomas Baxın sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, BOK-un yeni prezidenti gələn il mart ayında keçiriləcək. Seçkilər Yunanıstanda təşkil olunacaq. Olimpiya Komitəsinin yeni rəhbəri 2025-ci ilin iyununda vəzifəsinin icrasına başlayacaq. BOK-un prezidenti vəzifəsinə 7 namizəd irəli sürülüb. Siyahıya Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəhbəri Sebastyan Koe, BOK-un vitse-prezidenti Xuan Antonio Samaranç, Zimbabvenin idman naziri Kirsti Koventri, Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yuhan Elias, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri David Lapartian, Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe, həmçinin İordaniya Olimpiya Komitəsinin rəhbəri Feysəl bin Hüseyn BOK prezidenti olmaq üçün seçkilərdə iştirak edəcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı