Turan Bayramov ikinci qələbəsini qazanıb
07 aprel 2024 1425
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.
74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/4 final mərhələsində Rumıniya idmançısı Zurab Karpayevlə üz-üz gəlib.
Görüş təmsilçimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla Bayramov yarımfinala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Georgi Meşvildişvili (125 kq) yarımfinala adlayıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
