Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək
12 yanvar 2025 514

Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda “Türkdilli Dövlətlərin Xizək Kuboku” keçiriləcək.
Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, bu qərar Şahdağda keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Əzimov və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov arasında baş tutan görüşdə qəbul edilib.
Yarışın əsas məqsədi Türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.
Görüş çərçivəsində, həmçinin 2025-ci ildə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kuboku fevralın 17-20-də təşkil olunacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı