Türkiyədə Olimpiya çempionlarına qızıl sikkələr veriləcək
03 avqust 2024 844
Türkiyə mətbuatı Paris-2024 Olimpiya Oyunlarının qaliblərinə ölkələrin verdiyi mükafatlar arasında paralellər aparıb.
Türkiyə yığmasından Olimpiadada qızıl medal qazanan idmançıların hər birinə rəsmi olaraq min ədəd Türkiyə Respublikasının qızıl sikkəsi veriləcək. Mükafatın ümumi bazar dəyəri 17,5 milyon türk lirəsi və ya təxminən 530 min ABŞ dollarıdır.
Gümüş medal qazanan idmançıya ümumi dəyəri 10,5 milyon türk lirəsi və ya 315 min dollar olan 600 qızıl sikkə qazandıracaq.
Nəhayət, bürünc medal qazanan 300 qızıl sikkə alacaq (5,3 milyon türk lirəsi və ya təxminən 158 min dollar).
NTV telekanalı Parisdən hazırladığı reportajda bildirib ki, Almaniyada Olimpiya qızıl medallarının sahibləri rəsmi olaraq 22 min ABŞ dolları alırlar. Polşada Olimpiya qızılına görə 25 min dollar, Cənubi Koreyada 45 min dollar, İspaniyada 102 min dollar, İndoneziyada 300 min dollar, ABŞ-də 38 min dollar ödənilir.
Türkiyəni Paris Olimpiadasında 54-ü qadın olmaqla 101 idmançı təmsil edir.
Avqustun 2-nə olan məlumata görə, Türkiyə komandasının aktivində bir gümüş və bir bürünc medal var.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı