Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında tarix yazılıb
18 noyabr 2022 1802
Azərbaycan Kikboksinq Federasiyasının məlumatına görə, ötən ay İtaliyada keçirilmiş gənclər arasında dünya çempionu olmuş Elvin Məmmədov (54 kq) "Low kick" versiyasında böyüklər arasında Avropanın da ən güclüsü olub.
O, 16 yaşında böyüklər arasında Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. Ötən il dünya çempionu olmuş Anar Məmmədov (57 kq) isə finalda Boban Nikoliçə (Serbiya) uduzaraq gümüş medalla kifayətlənib. Hər iki idmançı Əməkdar məşqçi, tanınmış kikboksçumuz Eduard Məmmədovun tələbələridir.
Qeyd edək ki, Avropa çempionatının son günündə “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Amin Quliyev (60 kq), “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı