Xəbərlər

U-16 millimiz Avropa çempionatı "C" divizionunun gümüş mükafatçısıdır

28 iyul 2023 288

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub. Final qarşılaşmasında U-16 millimizin rəqibi Cənubi Kipr yığması olub. Millimiz gərgin və maraqlı keçən final oyunun yekununda rəqibinə 75-78 hesabı ilə məğlub olaraq, Avropa çempionatı "C" divizionunu ikinci sırada tamamlayıb