U-16 millimiz Avropa çempionatının yarımfinalında
11 iyul 2024 1529
Albaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin sonuncu qrup oyunu baş tutub. U-16 millimizin bu dəfəki rəqibi Malta seçməsi olub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş millimiz, Malta yığması üzərində 56-50 hesablı qələbə qazanıb. Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (19 xal, 8 ribaund) seçilib. Qeyd edək ki, yarımfinal görüşləri 13 iyul tarixində keçiriləcək
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı