U23 dünya çempionatında tarixi uğur
29 oktyabr 2025 - 21:49 576
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandı.
Oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.
Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.
Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı