Üç güləşçimiz qitə çempionatının finalında
09 mart 2025 652
Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medalla start veriblər.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib.
Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.
Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.
Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla kifayətlənib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı