UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”i qəbul edəcək
07 mart 2024 822
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinin ilk görüşündə Bakıda Almaniya “Bayer”ini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də start götürəcək.
Oyunun baş hakimi fransalı Benua Bastyen olacaq.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı