Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" keçirilib
09 may 2024 1283
Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" keçirilib.
"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.
Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.
Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı ərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinə cəlb olunmasıdır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı