“Ümidimiz onadır ki, sağ-salamat gedib qayıtsınlar". MOK-un vitse prezidenti Çingiz Hüseynzadə
03 fevral 2022 1461
“Ümidimiz onadır ki, sağ-salamat gedib qayıtsınlar". MOK-un vitse prezidenti Çingiz Hüseynzadə
“Fiqurlu konkisürənlərimizdən biri - Vladimir Litvintsev artıq Pekindədir, qadın idmançımız Yekaterina Ryabova da yaxın günlərdə oraya gedəcək".Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunları barədə jurnalistlərə açıqlamasında deyib. Hazırlıq prosesinin davam etdiyini deyən Çingiz Hüseynzadə Oyunlarda şərait çox çətin və ağır olduğunu bildirib. "Pekinə gedənlərin bir çox karantinə düşüb. Arzu edirəm ki, bizim idmançılara heç nə olmasın. Çünki təyyarədə yoluxma baş verə bilər. Ümidimiz onadır ki, sağ-salamat gedib qayıtsınlar".
Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı