Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan Bakı Böyük Dəbilqə turniri ərəfəsində Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edildi

21 sentyabr 2023 190

Sentyabrın 21-i Beynəlxalq Cüdo Federasiyasının (BCF) baş direktoru Vlad Marinesku, Avropa Cüdo Birliyinin prezidenti Lazslo Tot, BCF-in idman direktoru Vladimir Barta, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, vitse-prezident Elnur Məmmədli, baş katib Rəşad Rəsullu və digər rəsmilər Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar, məzarı önünə gül dəstələri qoyublar.

Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Turnirin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması Ulu Öndərin idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.