Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər davam edir

12 iyul 2023 218

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.

Seansda Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva balaca rəqiblərinə qarşı mübarizə aparıblar.

Seansın sonunda qrossmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə  başa çatıb və 2 görüşdə qrossmeysterlər məğlub olub.

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda da Bakıda və digər regionlarda da təşkil olunacaq.