Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə Ölkə Kuboku keçirilib

12 may 2025 340

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə Ölkə Kuboku yarışları uğurla başa çatıb. 

 

Yarışın bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva çıxış edərək yüksək nəticələr göstərmiş idmançıları təbrik edib. O, həmçinin yarışların yüksək səviyyədə təşkilinə töhfə verən məşqçilərə, hakimlərə, təşkilat komandasına və iştirak edən bütün idmançılara təşəkkürünü bildirib.

 

Təltifetmə mərasimində müxtəlif yaş qrupları və kateqoriyalar üzrə fərqlənmiş idmançılar medal və diplomlarla mükafatlandırılıb.

 

Qaliblər:

 

25 m məsafədən kiçik çaplı tapança (qadınlar)
1.    Xanna Əliyeva
2.    Zeynəb Sultanova
3.    Sofiya Barxalova

 

50 m məsafədən kiçik çaplı tapança (kişilər)
1.    Elvin Astanov
2.    Hacı Musayev
3.    Vladislav Kalmıkov

 

10 m məsafədən pnevmatik tapança (qızlar)
1.    Sofiya Barxalova
2.    Mehriban Qambayeva
3.    Əminə Ömərova

 

10 m məsafədən pnevmatik tapança (qadınlar)
1.    Sofiya Barxalova
2.    Xanna Əliyeva
3.    Zeynəb Sultanova

 

10 m məsafədən pnevmatik tapança (oğlanlar)
1.    Vladislav Kalmıkov
2.    İmran Qarayev
3.    Hacı Musayev

 

10 m məsafədən pnevmatik tapança (kişilər)
1.    Ruslan Lunev
2.    Hacı Musayev
3.    Vladislav Kalmıkov

 

10 m məsafədən pnevmatik tüfəng (oğlanlar)
1.    Zahid Sofiyev
2.    Binyamin Rzayev
3.    İlkin Həsənli

 

10 m məsafədən pnevmatik tüfəng (kişilər)
1.    Üzeyir Tapdıqlı
2.    Ruslan Qəhrəmanov
3.    Əliməmməd Hüseynov

 

10 m məsafədən pnevmatik tüfəng (qızlar)
1.    Elvina Əfsanə
2.    Elvira Allahyarova
3.    Leyli Balabəyli

 

10 m məsafədən pnevmatik tüfəng (qadınlar)
1.    Jalə Bayramova
2.    Elvina Əfsanə
3.    Aynur Mahmudova

 

Pnevmatik tapança – qarışıq komanda
1.    Zeynəb Sultanova / Vladislav Kalmıkov
2.    Xanna Əliyeva / Ruslan Lunev
3.    Nilüfər Səmədli / Amil Quliyev

 

Pnevmatik tüfəng – qarışıq komanda
1.    Jalə Bayramova / Üzeyir Tapdıqlı
2.    Nuranə Əliyeva / Əliməmməd Hüseynov
3.    Nigar Ramazanova / Ramiz Xəlilov

 

Dairəvi stend (qızlar)
1.    Cəmilə Paşayeva
2.    Danieyella Ulanova
3.    Şölə Quliyeva

 

Səngər stendi (qızlar)
1.    Nərmin Cəfərova
2.    Aylin Quliyeva
3.    Minayə Novruzova

 

Dairəvi stend (oğlanlar)
1.    Eldar Əjdərov
2.    Aslan Qurbanov
3.    İslam Əjdərov

 

Səngər stendi (oğlanlar)
1.    Mürtəza Novruzlu
2.    Kamil Mədətov
3.    Mirzə Meybullayev

 

Dairəvi stend (qadınlar)
1.    Riqina Meftaxetdinova
2.    Nurlana Cəfərova
3.    Sevda Nəcəfova

 

Səngər stendi (qadınlar)
1.    Aydan Camalova
2.    Ülviyyə Eyvazova
3.    Nərmin Cəfərova

 

Dairəvi stend (kişilər)
1.    Niyaz Ağazadə
2.    Əli Mustafayev
3.    Fuad Qurbanov

 

Səngər stendi (kişilər)
1.    Tamerlan Məmmədov
2.    Mirmömin Ağazadə
3.    Mürtəza Novruzlu