Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib
30 avqust 2025 - 22:21 520
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.
Əvvəlcə Azərbaycan Həndbol Federasiyasının kollektivi və yarış iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə çiçəklər düzülüb.
"Kür” komandası yarışın açılış matçında “Astana” (Qazaxıstan) ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüş 31:22 (15:8) hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə nəticələnib.
Qeyd edək ki, bu gün başlanan turnirə sentyabrın 3-də yekun vurulacaq. Yarışda Qazaxıstan millisi, ölkənin “Astana” klubu və Özbəkistanın OKMK komandaları mübarizə aparır. Azərbaycanı isə “Kür”, “Qarabağ” və “Bakı” kollektivləri təmsil edir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı