Universiadada qızıl medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup komandası mükafatlandırılıb
18 iyul 2025 - 23:42 601
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında qızıl medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mükafatlandırılıb.
Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət kollektivə qızıl medallar təqdim edilib.
Ukrayna yığması gümüş, Yaponiya komandası isə bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycanın qrup komandası iki hərəkətin (beş lent, üç top və iki halqa) cəmində 50.500 xal toplayaraq birinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı