Usta ağırlıqqaldıranlarımız dünya çempionatında iştirak edirlər
21 sentyabr 2026 - 22:45 14
Yunanıstanın paytaxtı Afina şəhərində ustalar arasında ağırlaqqaldırma üzrə dünya çempionatı keçirilir. Mötəbər yarışda Azərbaycan komandası dörd idmançı ilə təmsil olunur.
M-71 yaş kateqoriyasında 81 kq çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionu Vaqif Musadiq fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, növbəti dəfə dünya çempionu adını qazanıb.
M-75 yaş kateqoriyasında 85 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız Sərdar Quliyev gümüş medala layiq görülüb.
Beynəlxalq dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, dünya və Avropa çempionatların mükafatçısı, Azərbaycan Respublikası Veteran Ağır Atletlər İctimai Birliyinin sədri Natiq Ağayev M-60 yaş kateqoriyasında 110 kq çəki dərəcəsində çıxış edərək çempionatı altıncı sırada tamamlayıb.
Komandamızın digər üzvü Zülfüqar Süleymanov isə sentyabrın 23-də körpücük üzərinə çıxacaq. O, M-40 yaş kateqoriyasında 71 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək dünya çempionatında ilk dəfə müxtəlif yaş qrupları üzrə ümumilikdə 1600-dən çox idmançı medallar uğrunda yarışır.
Bənzər xəbərlər
Atletimiz dünya çempionatında iştirak edib
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ... Ətraflı
Azərbaycan çempionatı başa çatıb
Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Azərbaycan ... Ətraflı