Üzgüçülük üzrə ölkə kubokunun sahibləri məlum oldu
22 noyabr 2023 1269
Bakı Su İdmanı Sarayında keçirilən Azərbaycan Kubokun qalibləri müəyyən olunub. Sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlar arasında isə Ramil Vəlizadə ölkə kubokunun qalibi oldular. Stayer növü üzrə isə oğlanlar arasında Süleyman İsmayılzadə, qızlar arasında isə Kseniya Voronina qalib oldular. Bu yarışda Üzgüçülük üzrə yığma komandanın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina ilk dəfə olaraq idman ustası normativini yerinə yetirib. Bundan başqa milli komandanın üzvləri 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər. Həmçinin, yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar təqdim edilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdmanı Sarayının dəstəyi ilə keçirilən Kubok uğrunda yarışlarda ilk pillənin qaliblərindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunublar.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)
