Üzgüçümüz Paris-2024-də iştirak etdi
30 iyul 2024 1081
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan Olimpiya komandasının daha bir üzvü üzgüçü Ramil Vəlizadə olimpiadada mübarizəyə başlayıb.
Təmsilçimiz 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparıb.
Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı







