Vasif Səlimov: Gələcək hədəfim Olimpiya çempionu olmaqdır
30 sentyabr 2025 - 22:00 615
Yarışa böyük həvəslə hazırlaşmışdım.
Bunu III MDB Oyunları çərçivəsində Mingəçevirdə keçirilmiş taekvondo yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Vasif Səlimov deyib.
68 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Azərbaycan Bayrağını zirvəyə qaldırmaq böyük qürurdur. Bura qızıl medal üçün gəlmişdim. Məqsədimə çatdım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Gələcək hədəfim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaqdır".
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı