Vətən müharibəsi qazisi beynəlxalq turnirin finalına vəsiqə qazandı
15 mart 2025 755
Azərbaycan paralimpiyaçısı Polad Rzayev ilk beynəlxalq turnirində final mərhələsinə vəsiqə qazanıb. Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində LW3 kateqoriyası üzrə mübarizə aparan Vətən müharibəsinin qazisi ilk mərhələni 1:40.19 nəticə ilə uğurla başa vurub. İdmançımız bu nəticə ilə həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ilk mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı