Vətən müharibəsinin iştirakçısı beynəlxalq turnirin finalında
05 aprel 2025 710
Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən paradağ xizəyi üzrə beynəlxalq turnirdə finala yüksəlib.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq, həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş analoji turnirin də finalında çıxış edib. Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı