VI İslam Həmrəyliyi Oyunları: Voleybol millimiz Oyunlara qələbə ilə başlayıb
04 noyabr 2025 - 15:50 569
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı