VII İslam Həmrəyliyi Oyunları Malayziyada keçiriləcək
10 noyabr 2025 - 19:36 798
VII İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ölkənin adına artıq aydınlıq gəlib. Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Olympic.az saytına müsahibəsində məlumat verib.
MOK rəsmisinin sözlərinə görə, müvafiq qərar Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyasında qəbul edilib.
“Noyabrın 8-də təşkil olunan Baş Assambleyasında qərara alındı ki, növbəti – VII İslam Həmrəyliyi Oyunları 2029-cu ildə Malayziyada keçiriləcək. Bu Oyunlar müəyyən bir tsiklin finalı kimi dəyərləndirilir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında baş tutacaq,” - deyə Çingiz Hüseynzadə qeyd edib.
Qeyd edək ki, hazırda VI İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı