Voleybol üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
25 fevral 2024 733
Bu gün 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.
Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günü birinciliyin açılış mərasimi keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində ilk olaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Şirvan şəhər icra hakiminin müavini Aynur Fərzəliyeva və Hacıqabul RVK-nun rəhbəri Şəhriyar Piriyev çıxış edərək hər kəsi salamlayıb, bütün komandalara uğurlar arzulayıblar.
Sonra yarışda mübarizə aparan komandaların paradı baş tutub. AVF rəsmisi ölkə çempionatını açıq elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra birinciliyin ilk qarşılaşmasına keçirilib.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı

