Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib
19 aprel 2025 780
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib.
“Gəncə” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci qarşılaşma aprelin 20-də təşkil olunacaq.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” cavab matçında da qalib gəlsə, üçüncü yerin sahibi olacaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarsa, “qızıl set” oynanılacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı