Voleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
29 sentyabr 2026 - 10:50 9
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu vəzifəyə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub.
Onun rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011/2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.
Klub karyerasında "Eczacıbaşı", "Galatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis, 1998–1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Galatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı" A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğunu əldə edib.
Gökhan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.
Bənzər xəbərlər
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı ... Ətraflı
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni ... Ətraflı