WADA-nın cari il üçün qadağan etdiyi maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub
01 yanvar 2025 862
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan olunmuş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə edilib.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, WADA-nın açıqladığı siyahı 2025-ci il yanvarın 1-dən etibarlıdır.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan olunmuş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
Bundan əlavə, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi saytında yerləşdirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı