Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırıldı
04 mart 2024 150
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə Xankəndidə start götürən ultramarafona bu gün Bakıda yekun vurulub. Azərbaycan təmsilçisi Artyom Əliyev 380 kilometrlik məsafənin finiş xəttinə hamıdan birinci çataraq marafonun qalibi olub. Yadigar Hüseynov ikinci, Seymur Şahbazov isə üçüncü yeri tutub. Yarışdan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İlk üç yerin sahibinə müvafiq olaraq, 8 min, 5 min və 3 min manat pul mükafatı verilib.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı