Xəzər Heydərov: “Ümid edirəm ki, növbəti gündə Azərbaycan idmançıları qızıl medal qazanacaqlar”
23 iyul 2025 - 21:10 713
“Bu gün EYOF-2025-də qızıl medal qazandım”.
Bu sözləri müsahibəsində EYOF-2025-in cüdo yarışlarının qalibi, əslən azərbaycanlı olan ukraynalı idmançı Xəzər Heydərov deyib.
-60 kq çəki dərəcəsində keçirilən final görüşündə cüdoçumuz Zeyd Ələsgərova qalib gələrək çempion olan idmançı Azərbaycan komandasına növbəti yarış günlərində uğurlar arzulayıb.
“Finala qədər iki azərbaycanlı idmançı ilə üz-üzə gəldim. Həmyerlilərimizi bu yarışda görmək xoş oldu. Bu gün mən qalib gəldim, amma ümid edirəm ki, növbəti gündə Azərbaycan idmançıları qızıl medal qazanacaqlar. Onlara yarışda uğurlar arzulayıram”
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı