Xorvatiyada ilin ilk reytinq turnirinə start verilib
05 fevral 2025 823
Bu gün Xorvatiyanın paytaxtında güləş üzrə reytinq seriyasının ilk turniri olan “Zagreb Open” başlayır.
Yarışın ilk günündə altı sərbəst güləşçimiz xalça üzərinə çıxacaq. Onlardan İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Arseni Cioyev (86 kq) bu gün mübarizəyə başlayacaq.
Qeyd edək ki, Zaqrebdə Azərbaycanı 33 idmançı təmsil edir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı