Xuan Antonio Samaranç: «Biz BOK-un müstəqilliyini qoruyub saxlamalıyıq»
24 sentyabr 2024 1111
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə namizəd kiçik Xuan Antonio Samaranç qurumun yeni rəhbərinin görəcəyi işlərdən danışıb. “Gələcək üçün yol xəritəsi hazırlanıb. Biz həmçinin idman anlayışını yenidən nəzərdən keçirməliyik. Növbəti illərdə qarşıya çıxa biləcək maneələrdən xəbərdar olmalıyıq. Biz BOK-un müstəqilliyini qoruyub saxlamalıyıq”, - deyə «Marca» nəşri Samarançın sözlərindən sitat gətirib.
Xatırladaq ki, BOK-un rəhbəri vəzifəsinə namizədlərin genişləndirilmiş siyahısına Samarançdan başqa Sebastyan Ko, Kirsti Koventri, Morinari Vatanabe, David Lapartyan, Yohan Elias və Faysal Əl-Hüseyn daxildir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı