Yaponiyanın cüdo əfsanələri Bakıdakı “Böyük Dəbilqə” turnirində iştirak edəcək
05 fevral 2025 857
Dünyanın ən güclü komandalarından biri olan Yaponiya əsas heyəti ilə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, Yaponiyanın Olimpiya və dünya çempionları “Paris-2024” Yay Olimpiya Oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər.
Qadınlarda arasında Olimpiya və üçqat dünya çempionları Natsumi Çunoda (48 kiloqram), Uta Abe (52 kiloqram), Olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kiloqram) məharətlərini göstərəcəklər.
Kişilərin mübarizəsində isə Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovla dünya çempionatının finalında qarşılaşan Tatsuki İşihara (73 kiloqram), Olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kiloqram) gücünü sınayacaq. Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.
Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də 39 ölkədən ümumilikdə 281 cüdoçu mübarizə aparacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı