Xəbərlər

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

22 sentyabr 2023 169

Bu turnirdə əsas hədəfim qızıl medal qazanmaq idi və xoşbəxtəm ki, bunu bacardım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Yaşar Nəcəfov (66 kiloqram) Bakıda keçirilən Bakıda keçirilən “Böyük dəbilqə” turnirindəki qalibiyyəti barədə danışarkən deyib.

Yaşar Cəfərov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Güclü rəqiblərimiz var idi. Buna baxmayaraq var gücümlə mübarizə apararaq qızıl medala sahib oldum”.

O, qarşıdan gələn cüdo üzrə Avropa çempionatına da yüksək səviyyədə hazırlaşacağını vurğulayıb: “Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib, Azərbaycan himnini səsləndirməkdir”.