Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14 sentyabr 2026 - 12:30 22
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb.
Azərbaycan Su İdman Növləri Federasiyasından verilən məlumata görə, yelkən mərkəzində, Şıx çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizələrini davam etdiriblər.
İkinci yarış günü ərzində iştirakçılar küləyin istiqaməti və sürətindən asılı olaraq, müəyyən edilmiş marşrut üzrə bir neçə yürüşdə (reysdə) güclərini sınayıblar. Hər yürüşün nəticələri ayrıca qiymətləndirilib və idmançıların yekun sıralamadakı mövqeləri topladıqları xallar əsasında müəyyənləşdirilib.
Çempionatın yekun nəticələri bütün yarış günlərində keçirilən yürüşlərin nəticələri nəzərə alınmaqla hesablanacaq. Bu gün final yürüşləri keçiriləcək və bundan sonra siniflər üzrə qaliblər müəyyənləşəcək.
Çempionatın mükafatlandırma mərasimi sentyabrın 14-də saat 16:00-da keçiriləcək. Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərlik heyət də iştirak edir.
Bənzər xəbərlər
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük ... Ətraflı
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) fəaliyyətinə uzun illər töhfə vermiş, ... Ətraflı