Yeni modelin nümayiş tarixi müəyyənləşib
10 yanvar 2025 888
“Williams” 2025-ci il üçün nəzərdə tutduğu bolidin təqdimat tarixini açıqlayıb.
Komandanın mətbuat xidmətindən verilən məlumata görə, yeni model fevralın 14-də Silverstoun trekində nümayiş etdiriləcək. “2025-ci ildə bizi çox şey gözləyir. Aleks Albon və Karlos Saynz kimi bacarıqlı pilotlarımız var. Heyətimizdə ən yaxşı mühəndislər yer alıb. Artıq uzun müddətdir ki, yeni avtomobil üzərində işləyirik. Sizinlə birlikdə fevralın 14-də Silverstounda bu gözəlliyi görəcəyik. Çalışırıq ki, əvvəllki qüdrətimizi yenidən qaytaraq. Buna nail olacağıq”, - deyə Britaniya komandasının rəhbəri Ceyms Voulz bildirib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı